Putinin xəstə olduğu iddiası həqiqətdir ya informasiya savaşı?

14-03-2022, 08:38           
Putinin xəstə olduğu iddiası həqiqətdir ya informasiya savaşı?
Böyük Britaniyanın “Daily Mail” nəşri Rusiya prezidenti Vladimir Putinin Parkinson xəstəliyi və ya xərçəng steroid müalicəsi nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkdiyini yazıb. Məqalədə Rusiya liderinin şişkin göründüyü, üzünün oval forma aldığı və qonaqlarla “absurd” məsafə saxladığı bildirilib. Nəşr iddia edib ki, Putinin son beş il ərzində qərar qəbul etməsində nəzərəçarpacaq dəyişiklik olub. Yazıda iddia edilib ki, Kreml sahibinin ətrafındakılar onun dedikləri və dünyanı necə qavraması ilə bağlı idrak və aydınlıqda nəzərəçarpacaq dərəcədə dəyişikliyi müşahidə edirlər.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu yazır.
Daha sonra politoloq yazı, bu məqalə Qərblə Rusiya arasında informasiya savaşının tərkib hissəsinə oxşayır. Bu məqalə internetdə, sosial şəbəkələrdə və dünyanın müxtəlif saytlarında geniş yaylıb. Bu məqaləni Putinin ətrafındakılar da oxuyaraq özlərinə sual edəcəklər: “Bəlkə məqalədə yazılanlarda həqiqət payı var, onda Putinin yanlış qərarları bizi uçuruma aparır, onu dayandırmaq lazımdır”. Qərbə də bu lazımdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.