Rusiyanın vəziyyəti ÇƏTİNLƏŞDİ - Çindən CANLI QÜVVƏ və HƏRBİ TEXNİKA İSTƏDİ

14-03-2022, 08:04           
Rusiyanın vəziyyəti ÇƏTİNLƏŞDİ -
Rusiya Çindən hərbi və iqtisadi yardım istəyib.

Teref.az-ın yazdığına görə, bu barədə konkret.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb. ABŞ rəsmilərinin sözlərinə görə, Rusiya Çindən Ukrayna ilə müharibədə ona hərbi texnika və dəstək verməsini istəyib.

Rəsmi bildirib ki, Rusiya Çindən sanksiyalara qarşı çıxmaq üçün daha çox iqtisadi yardım istəyib.

Amerika rəsmiləri Moskvanın axtardığı hərbi texnikanın növünü açıqlamaqdan imtina ediblər.

Onlar həmçinin Rusiyanın sorğularına Çinin hər hansı cavabını müzakirə etməkdən imtina ediblər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin rolunu müzakirə etmək üçün bazar ertəsi Romada yüksək çinli rəsmi ilə görüşməyi planlaşdırır.

Aldığımız son məlumatlara görə, Rusiya Çindən hərbi texnika ilə yanaşı canlı qüvvə (əsgər) də istəyib.

Görünür, ruslar Ukraynada ya döyüşmək istəmirlər, ya da əsgər qalmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru