ABŞ və Çin nümayəndələri Ukrayna ilə bağlı danışıqlar aparacaq

14-03-2022, 10:02           
ABŞ və Çin nümayəndələri Ukrayna ilə bağlı danışıqlar aparacaq
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Çin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Çzeçi Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 14-də Romada görüşəcəklər.

Bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn açıqlama verib.

Qeyd olunub ki, görüşün Vaşinqtonun ABŞ və Çin Xalq Respublikası arasında açıq ünsiyyət xətlərini saxlamaq üçün davam edən səyləri çərçivəsində baş tutacağı bildirilir.

Tərəflər iki ölkə arasında rəqabəti idarə etmək səylərini və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qlobal və regional təhlükəsizliyə təsirini müzakirə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru