Mixail Podolyak: Ukrayna-Rusiya danışıqlarında dəqiq mövqelər bildirilib

14-03-2022, 16:44           
Mixail Podolyak: Ukrayna-Rusiya danışıqlarında dəqiq mövqelər bildirilib
Martın 14-də Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması şərtləri ilə bağlı danışıqlar gərgin keçib. Hər iki tərəf dəqiqləşdirilmiş mövqelərini bildirib, lakin fikir ayrılıqları var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində bildirib.

"Tərəflər artıq dəqiqləşdirilmiş mövqelərini fəal şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir", - deyə Podolyok əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru