Ukrayna-Rusiya danışıqları sabah davam etdiriləcək

14-03-2022, 18:22           
Ukrayna-Rusiya danışıqları sabah davam etdiriləcək
"İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib".

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Danışıqlar davam edir...”, - o əlavə edib.

14:19
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna və Rusiya nümayəndə heyətlərinin videoformatda görüşünün davam etdiyini bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Tərəflər artıq mövqelərini daha dəqiq şəkildə ifadə edirlər. Ünsiyyət çətindir, amma gedir. Anlaşmazlığın səbəbi siyasi sistemlərimizin fərqliliyidir", - o qeyd edib.

12:44
Ukrayna və Rusiya arasında danışıqların 4-cü raundu başlayıb.

“Report”un xəbərinə görə, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Müzakirələr videoformatda aparılır.

"Danışıqların 4-cü turu keçirilir. Sülh, atəşkəs, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında. Çətin müzakirədir. Rusiya təcavüzkar hərəkətlərinin mənasızlığını dərk etsə də, hələ də Ukraynanın dinc şəhərlərinə qarşı zorakılığın 19 gün davam etməsinin düzgün strategiya olduğuna dair bir illüziyası var", - M.Podolyak bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru