Rusiyalı hərbi qulluqçuları kütləvi şəkildə döyüşməkdən imtina edir – “Top yemi” olmaq istəmirlər

15-03-2022, 00:01           
Rusiyalı hərbi qulluqçuları kütləvi şəkildə döyüşməkdən imtina edir –
Rusiyalı hərbi qulluqçuları kütləvi şəkildə döyüşməkdən imtina edir. Rusiya hərbi qulluqçularının mənəvi- psixoloji durumu aşağı səviyyədədir, buna görə də onlar RF komandanlığının əmrlərini icra etməkdən imtina edir.

Bu barədə Ukrayna SQ Baş qərargahının 14 marta olan məlumatında deyilir.

Ukrayna SQ Baş qərargahında Rusiyanın Belqorod şəhərində hərbi komendatura düşərgəsinin olması barədə məlumat var. Burada Rusiya ordusu sıralarında üsyançılarla “tərbiyəvi iş” aparılır.

“Düşərgədə müalicədən sonra hospitallardan yazılan və bölmələrə göndəriləcək Rusiya hərbi qulluqçuları saxlanılır. Eyni zamanda düşərgədə döyüş əməliyyatlarından imtina edən hərbi qulluqçular da var ki, onlarla tərbiyəvi iş aparılır”, – Baş qərargahın məlumatında belə deyilir.

Eyni zamanda sosial şəbəkələrdə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən əldə olunan rus əsgərlərinin öz tanışları ilə telefon danışıqları yayılıb. Hərbi qulluqçular danışır ki, komandanlıq tabeçilikdə olanların sağlamlığı və həyatı barədə o qədər də narahat deyil.

Ukraynanın hərbi komandanlığında Belarusiya SQ – nin xüsusi əməliyyat qüvvələri bölmələrinin Ukraynaya genişmiqyaslı hərbi müdaxilədə iştirak etməyəcəyi barədə məlumat var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.