ABŞ Dövlət katibi Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

15-03-2022, 10:33           
ABŞ Dövlət katibi Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi
E.Blinken telefon danışığı zamanı Cənubi Qafqazdakı mövcud vəziyyətə də toxunub.

ABŞ Dövlət Departamentindən REAL TV-nin yerli bürosuna verilən məlumata görə, Dövlət katibi E.Blinken Ermənistan Baş naziri N.Paşinyanla Azərbaycan-Ermənistan arasındakı mövcud vəziyyəti müzakirə edib.

Məlumatda deyilir ki, Ermənistan və Azərbaycan qüvvələri arasında eskalasiya ilə bağlı son xəbərləri qeyd edən dövlət katibi tərəfləri təmkin nümayiş etdirməyə və bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq üçün diplomatik fəaliyyəti gücləndirməyə çağırıb. Blinken Paşinyanla telefon danışığı zamanı həmçinin bildirib ki, ABŞ-ın Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir. Katib Ermənistanda demokratik islahatların davam etdirilməsinə də çağırış edib. E.Blinken N.Paşinyanla Rusiya-Ukrayna arasındakı hərbi-siyasi gərginliyi də müzakirə edib. Dövlət katibi ABŞ-ın digər tərəfdaşlarla yanaşı, Moskvanı və onun tərəfdarlarını, o cümlədən Belarusdakı Lukaşenko rejimini Kremlin Ukraynaya qarşı əsassız müharibəsinə görə məsuliyyət daşımağa davam etmək öhdəliyini də vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.