Rusiya Xersonda “referendum” keçirə bilər - Britaniya kəşfiyyatı

15-03-2022, 11:53           
Rusiya Xersonda “referendum” keçirə bilər - Britaniya kəşfiyyatı
Rusiya Xersonda qondarma respublikanı legitimləşdirmək məqsədi ilə Donetsk, Luqansk və Krımdakı kimi “referendum” keçirə bilər.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, martın 11-də Rusiya Melitopol şəhərinə öz merini təyin edib. Əlavə olunub ki, Dneprorudnoenin merinin də Rusiya qüvvələri tərəfindən qaçırılması barəsində məlumatlar var.

Hərbi kəşfiyyatın məlumatında Rusiyanın Ukrayna üzərində siyasi nəzarətini möhkəmləndirərək Ukrayna demokratiyasını devirmək məqsədi ilə daha çox cəhdlər edəcəyinin ehtimal edildiyi vurğulanıb. Əlavə olunub ki, işğal altındakı Xerson, Berdyansk və Melitopol şəhərlərində əhali ruslara qarşı aksiyalar keçirib.

Xersonda keçirilən aksiyanı dağıtmaq məqsədi ilə rusiyalı hərbçilərin xəbərdarlıq atəşi açdığı bildirilib. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru