“Sizin və Bizim azadlığımız üçün”,

15-03-2022, 17:14           
“Sizin və Bizim azadlığımız üçün”,
Dünəndən bəri bütün dünya Rusiyanın dövlət TV kanalında Marina Ovsyannikova adlı xanımın etdiyi fədakarlıq haqqında danışır – doğrudan da, indiki Rusiyada bu hərəkəti etmək böyük qəhrəmanlıqdır.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli yazır.
O kadrları görən kimi 1968-ci il 25 avqustunda Moskvada, Qızıl Meydanda 7 nəfərin SSRİ qoşunlarının Praqaya soxulmasına etirazı yadıma düşdü, bu haqda ilk olaraq 1989-cu ildə oxumuşdum. Təsəvvür edin ki, totalitar SSRİ-də, “dəmir pərdənin” ən sərt olduğu dövürdə, məlumatsızlıq dönəmində 7 nəfər – Konstantin Babitskiy, Natalya Qorbanevskaya, Larisa Boqoraz, Vadim Delone, Vladimir Dremlyuqa, Pavel Litvinov, Viktor Faynberq Leninin Movzoleyi qarşısında qoşunların Praqaya soxulmasına, Çex xalqının azadlıq arzularının tanklarla əzilməsinə etiraz etmişdilər, Moskvanın göbəyində, “Sizin və Bizim azadlığımız üçün”, yazılmış plakat qaldırmışdılar.

Demək istədiyim odur ki, bu gün Krem rejimi öz xalqını nə qədər zombiləşdirməyə çalışsa da, nə qədər güclü təbliğat aparmaq istəsə də, sosial şəbəkələri, İnterneti qapatsa da böyük intellektual potensiala malik Rusiya Xalqı sonda mütləq tiraniyaya qarşı çıxaraq öz yolunu seçəcək – bəli, bu yol bizim anladığımız demokratik yol olmayacaq, zatən Rusiyanın altyapısı demokratiya üçün yararlı deyil, amma insan sifətli, sivil, mədəni ölkə ola bilərlər. Buna inanmaq istərdim, inanmaq istərdim ki, tarixdə solovyovlar, simonyanlar deyil də, məhz Mariya Ovsyannikova, onun kimi insanlar qalacaq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.