Ukraynalılardan fərqli olaraq avropalılar Putindən niyə qorxur? – İNANILMAZ HƏQİQƏTLƏR

15-03-2022, 18:56           
Ukraynalılardan fərqli olaraq avropalılar Putindən niyə qorxur? –
“Bəşəriyyətin gələcəyi bu gün Ukraynada həll olunur və yalnız Ukraynanın real qələbəsi planetdə uzun, illüziya olmayan dünyanın açarıdır”.

Oprah Vinfrey yazıb ki, “Ukraynalıların cəsarəti onun da daxil olduğu bütün dünyada insanların qəlbində od alovlandırır”. Bu, yaxşıdır. Lakin azad və demokratik ölkələrdəki tərəfdaşlarımızdan daha çox cəsarətə ehtiyacımız var. Ötən gün Ukraynadan Danimarkaya gələn qardaşım qızları mağazadan nəsə aldılar. Onların söhbətində “Ukrayna” sözünü eşidən danimarkalı xanım nəzakətlə pullarını ödəməyi təklif etdi. Təbii ki, imtina etdilər və bu gün danimarkalıların ukraynalıları necə isti və açıq şəkildə dəstəklədiyi məni göz yaşlarına boğdu. Amma bununla bağlı problem var.

Məni təəssüfləndirir ki, bizim və qərbli tərəfdaşlarımızın problemlərə baxışı kökündən ayrıdır və buna görə də, qələbəyə çox fərqli baxışlar var. Avropalılar üçün qazın qiyməti qalxıb. Bu, onlar üçün qorxulu yuxudur. Doğma yurdumuzun parçalandığını, ən yaxşı oğul və qızlarının onun üçün necə canından keçdiyini görmək isə bizim üçün dəhşətdir.

Son bir neçə onillikdə Putinin çıxışını dinləyən ukraynalılar bilirlər ki, bugünkü döyüş təkcə azadlıq və demokratiyadan ibarət deyil. Ukraynalılar üçün bu, Putinin məhv etmək istədiyi xalqın yaşaması uğrunda döyüşdür. Avropalıların fikrincə, bizim mübarizəmiz, bəlkə də, Rusiyanın müstəmləkəçi münasibətindən son qurtuluş şansıdır.

Lakin avropalılar Rusiyanın Ukrayna xalqına qarşı soyqırımını görmürlər. Onlar hər bir ukraynalının ürəyində yük olan, sadəcə ukraynalı olduğuna görə, həlak olan və terrora məruz qalan qadınlar, analar, uşaqlar, qocalar – hərbçilər və mülki şəxslərlə bağlı statistikanı oxumurlar.
Evlərini tərk etmiş 2,75 milyondan çox ukraynalı qadını isitməyə çalışan avropalılar humanitar yardım göstərməkdən məmnundurlar. Həftə sonu kiçik Danimarka xeyriyyə konsertində ukraynalılar üçün 24 milyon dollar toplanıb. Amma avropalılardan fərqli olaraq biz başa düşürük ki, bu müharibədə uduzsaq, ən azı bir milyondan çox uşaq yetim, bir milyondan çox qadın dul qalacaq.Biz buna yol verə bilməyəcəyimizi açıq şəkildə başa düşürük. Bizim vəzifəmiz qalib gəlmək və məcbur köçkün düşən hər kəsi evinə gətirməkdir. Amma Qərb tərəfdaşlarımız bu vəzifəni başqa cür görürlər.

Qərb ölkələri indi Yalta razılaşmasının tərəfdarları kimi çıxış edirlər. Onlar üçün sülh müharibədən sonra öz iqtisadiyyatlarını inkişaf etdirmək imkanı deməkdir.

Biz isə artıq təcavüzə məruz qalmışıq. Bizim itirəcəyimiz heç nə yoxdur. Biz indi Dəmir divar yıxılan zaman Ukraynanı və Ukrayna kimliyini, dilini və mədəniyyətini müdafiə edənlərin nəsli kimi çıxış edirik. Milyonlarla ukraynalı Qulaqiyə gələndə tarixin nə qədər təkrarlandığını hələ də rasional olaraq dərk edə bilmirəm. Nənəmin də o zaman 45 yaşı vardı. Onların gələcək taleyi üstündən o zaman xətt çəkildi. Biz indi Stus və Sverstyuk nəsli kimi fəaliyyət göstəririk. Ona görə də, Yaltanın heç vaxt bizə azad və firavan həyata bilet olduğunu düşünməmişik.

2022-ci il müharibəsində Qərb yeni Yalta axtarır.

“The ekonomist” bu mənada Putinin Baydendən Ukraynanı təsir zonalarına bölməyi təklif edən çağırışına necə cavab gözlədiyini çox gözəl təsvir edir. Biz isə artıq təcavüzə məruz qalmışıq. Bizim artıq itirəcəyimiz heç nə yoxdur. Həqiqətin gözü ilə baxsanız görərsiniz ki, indi Rusiya Ukraynaya yaxınlaşan yolları bombalaya bilər ki, biz hələ də sərhədlərdə olan humanitar yardımlarla dolu yük maşınlarından heç birini almayaq.Qərb “Biz səmanı bağlaya bilmərik, çünki bu, bizim Üçüncü Dünya müharibəsinə girişimiz olar”- deyəndə bizi ölümə məhkum edirlər. Çünki qapalı səma olmasa, məqsədimiz tamamilə məhv olacaq.

O zaman, heç bir beynəlxalq təşkilat bizə nə silahlı, nə də humanitar yardım göstərə bilər. 85-i uşaq və yüzdən çox yaralı da daxil olmaqla, bir neçə min Ukrayna vətəndaşının itkisi çox ağrıdır. 1300 əsgərin itkisini hələ demirəm. Çünki onların hamısı bizim sevdiyimiz vətəndaşlardır. Bunlar yaşamalı, evlənməli, uşaq dünyaya gətirməli, peşəkar inkişaf etməli, varlanmalı və həyatdan zövq almalı olan insanlardır.

Qərb “bizim üçün Üçüncü Dünya Müharibəsi olduğuna görə, səmanı bağlaya bilmərik” deyəndə, müharibəyə getməyin illüziya olduğunu unudur. Çünki müharibə Ukrayna xalqını məhv etməkdirsə, işğalçı artıq sizin üçün bu seçimi edib. Bu, Matrixdə həb seçmək kimidir. Siz avropalılar müharibədən qaçmaq üçün biz ukraynalıların qətlinə göz yumursunuz…

Bir vaxtlar Çörçilin ingilisləri və amerikalıları nasizmi dəf etməyə inandırmaqda ciddi problemləri var idi. Bu, bir prosesdir. Hamı müharibədən qorxur. Ona görə də, son həftələrdə verdiyim bütün müsahibələrdə deyirəm:

“Qorxmayın. Ukraynalıların resursları və silahları sizdən çox azdır, amma biz döyüşürük. Müharibə onun təsvir edildiyi qədər qorxulu bir canavar deyil. Getməyə yerimiz yoxdur. Amma unutmayın ki, 40 milyon ukraynalı artıq sizi qoruya bilməyəndə daha da pis vəziyyətə düşəcəksiniz, çünki siz sadəcə bacarmayacaqsınız”.

Qərb üçün qələbə bu müharibəni istənilən yolla bitirməkdir. Bizim üçün qələbə şərtlərin tam siyahısıdır, onsuz həyatımız heç vaxt dolmayacaq. Facebook-da dostlarımdan soruşdum və onların cavablarından da görürəm ki, ukraynalılar arasında qələbə məsələsində yekdil fikir var. Ən vacibi- bu işdə böyük məqsədimiz, birliyimiz var.

Qələbə baxışımızın birinci hissəsi, 1991-ci ildən bəri Ukraynanı onun qanuni sərhədləri daxilində, o cümlədən müvəqqəti işğal olunmuş Donbas və Krımı bərpa etdiyimizi və açıq səmadan qorxanların hamısının bu işdə bizə kömək edəcəyini görməkdir. Biz Aİ və NATO-ya üzv oluruq. Sağalmağımız tezdir, çünki biz dünyanın bütün demokratik ölkələrindən böyük dəstək alırıq və bütün dünyada dondurulmuş Rusiya aktivlərindən bizə təzminat ödənilir. Beləcə, dünyanın ən güclü memarları və dizaynerləri ölkəmizi yenidən qurmağa gəlir. Hələ onu demirəm ki, ordumuz güclüdür, silahlıdır, başımızda hər cür təhlükədən sipərimiz var. Bizim mədəniyyətimiz milyonlarla ukraynalının hazırda evdə və bütün dünyada qəza testi şəklində nümayiş etdirdiyi güclü vətəndaş mədəniyyətidir. Biz isə beynəlxalq siyasətdə mühüm rol oynayırıq və öz dəyərlərimizi yayırıq: azadlıq, sülh, humanizm, ləyaqət, hər kəsin hüquqlarına hörmət.

Qələbə baxışımızın ikinci tərkib hissəsi isə davamlı sülh üçün ilkin şərtlərin yaradılmasıdır. Bu, Hararinin ukraynalıları təsvir edərkən yazdıqlarını etmək deməkdir. Biz indi bu müharibənin içindəyik ki, dünyada daha “Putinist”lər olmasın.

Ukraynanın qələbəsi təkcə Ukrayna üçün məqbul şərtlərlə tamhüquqlu sülhün əldə olunması deyil, həm də Rusiyadan Ukraynanın mövcudluğuna daimi təhlükənin aradan qalxması deməkdir. Tarixi ədalət gələnə qədər dayanmayacağıq. Ta ki, şər imperiyası əbədi olaraq məhkum edilərək cəzalandırılana qədər.

Ona görə də, bizim qələbəmiz Haaqa və ya Nürnberqdə deyil, Kiyevdə və ya Mariupolda bütün məsuliyyət daşıyanlar – Rusiya və Belarusun ali rəhbərliyi üzərində məhkəmə olmadan natamam olacaq. Bütün əməkdaşlar – biznes, media, ziyalılar da müttəhimlər kürsüsündə olmalıdırlar. İllərdir ki, media xadimləri rusların ürəyinə ukraynalılara və avropalılara nifrət səpib və buna görə medallar alıblar. Rus ziyalıları rejimə qarşı çıxmağa cəsarət tapmadılar. Korrupsiyaya uğramış kleptokratik ölkədə bu və ya digər şəkildə işləyən və hazırda Ukraynada dinc sakinləri öldürən ordunun yüksəlişini maliyyələşdirən rus iş adamları da müttəhim kürsüsündə əyləşəcəklər.

Məhkəmənin yeri simvolik olsa da, çox vacibdir. Mən ukraynalıların ən çox əziyyət çəkdiyi məhkəməni keçirərdim. Bu məhkəmə ömürlük həbs, müsadirə və rüsvayçılıqla nəticələnəcək. Rusiya bütün cəbhələrdə (mədəniyyət, iqtisadiyyat, siyasət və s.) bloklanacaq. Rusiya Ukrayna dövlətinə və Ukraynanın hər bir vətəndaşına uzun illər külli miqdarda təzminat ödəyəcək.

Rusiyanın özünü nə gözləyir?

Çoxlarının planı məni heyran etdi. Burada Valeri Pekar və onun həmkarları əsas 8-i qeyd etdilər. Çünki bizim qələbəmiz yalnız o zaman geridönməz olacaq ki, dünya nəhayət Rusiyanı məğlub edəcək və orada əsaslı siyasi dəyişikliklər baş verəcək. Bu, onun demilitarizasiyası, nüvəsizləşdirilməsi, qeyri-mərkəzləşdirilməsi, demokratikləşdirilməsi, denazifikasiyası, dekommunizasiyası, destalinizasiyası və deputatizasiyası kimi uzun bir proses olacaq.

Ancaq nə yazıq ki, yuxarıda qeyd olunan məqamlar hazırda Qərb dünyasının radarında deyil. Bir çox Qərb tərəfdaşlarımızın fikrincə, hələ də yalnız Putin günahkardır. Amma onlar unudur ki, Putin Rusiya deyil…

Əslində Putin tipik rusdur. Ona görə də, onun reytinqi müharibə başlayandan artıb. Təbii ki, Rusiyanı, bəlkə də, lap çoxdan, 2008 və 2014-cü ildən sonra tərk edənlər istisna olmaqla… Təsəvvür edin ki, Stalin on il dalbadal ən populyar rus oldu. Hüquq müdafiəçisi Andrey Saxarovun populyarlığı isə ondan iki dəfə az olub.

Qərb tərəfdaşlarımızın Rusiya ilə bağlı fikirləri çox qorxaqdır. Əksəriyyət hətta Üçüncü Dünya Müharibəsinə qoşulmaq kimi şərh olunan Ukrayna səmasının bağlanmasından danışmağa belə hazır deyil. Onlar qorxu ilə çox əhatə olunublar.

Natalya Popoviç, “One Philosophy Group”-un təsisçisi, UMCC-nin həmtəsisçisi.
Tərcümə etdi: Surxay Atakişiyev,
konkret












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.