"İraq üçün niyə ağlamdınız?" soruşanlalara...

15-03-2022, 18:12           
"İraq üçün niyə ağlamdınız?" soruşanlalara...
"İraq üçün niyə ağlamdınız?" soruşanların İraq savaşından xəbəri yoxdur. İraqa ABŞ döyüşsüz, müqavimətsiz, itki vermədən girib. Ordu və xalq Səddam üçün döyüşməkdən imtina etdi.
Kadrlar var, baxa bilərsiz, Amerika ordusu iraqlılar tərəfindən alqışlarla, güll-çiçəklə qaşılanıb. Bağdat şəhəri kadrları var, amerkanlar Səddam heykəllərini dağıdır, xalq sevinc içində təşəkkür alıqışı çalır.
İraq xalqı ilə Amerikanın arası hakimiyyət davasında pozuldu. Şiələr, sünnilər, kürdlər hakimiyyətdə öz adamlarının olmağını tələb etdi. Amerika çoxluğa baxıb dövlət idarəsini İrana bağlı olmayan şiə və kürdlər arasında bölüşdürdü. Etnik azlıqlar, küskün sünnilər və irançılar vətəndaş savaşına başladı, beləcə İraq qızışdı.
Orda da dava yenə bir başa Amerika və iraqlılar arasında getməyib. Yeni qurulan hökumət qüvvələri və hakimiyyətdən pay ala bilməyən partizanlar arasında baş verib.
On millət və 10 məzhəb bir birini kafir elan edib, hakimiyyət uğrunda savaşa başlamışdı, mən azərbaycanlı olaraq bunların hansı üçün ağlayım?
Orxan Vəliye
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.