Rusiya Avropa Şurasından çıxıb

16-03-2022, 00:00           
Rusiya Avropa Şurasından çıxıb
Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib

Teref.az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib.

“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - Tolstoy vurğulayıb.

Martın 10-da Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa Şurasından çıxmaq qərarına gəldiyini açıqlayıb. Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks da öz növbəsində bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüklə bağlı qərar qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru