ABŞ Senatı Putini hərbi cinayətkar elan edib - QƏTNAMƏ

16-03-2022, 09:19           
ABŞ Senatı Putini hərbi cinayətkar elan edib - QƏTNAMƏ
ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putinin hərbi cinayətkar kimi araşdırılmasını tələb edən qətnamə qəbul edib. DİA.AZ “Report”a istinadən xəbər verir ki, qətnamə respublikaçı senator Lindsey Qraham tərəfindən təqdim edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.

Senat Putinin dövründə Rusiya silahlı qüvvələri tərəfindən törədilən “zorakılıq, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətləri” qətiyyətlə pisləyib.

Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya prezidenti Vladimir Putin və onun komandasını, o cümlədən Rusiya ordusunu araşdırmağa çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru