Polşa, Çexiya, Sloveniya baş nazirləri Kiyevdə Prezident Zelenskiylə görüşüblər - Türkiyə vasitəçi missiyasını ...VİDEO

16-03-2022, 11:44           
Polşa, Çexiya, Sloveniya baş nazirləri Kiyevdə Prezident Zelenskiylə görüşüblər - Türkiyə vasitəçi missiyasını ...VİDEO
Polşa, Çexiya, Sloveniya baş nazirləri Kiyevdə Prezident Zelenskiylə görüşüblər. Mimiklərdən anlaşılır ki, hökumət rəhbərləri Kiyevdə gördüklərinin şokundadırlar.
Bu gecə Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlu Rusiyaya getdi. Lavrovla müzakirələri olacaq. Ankaranın vasitəçilik üçün bir neçə alternativ plan üzərində işlədiyini təxmin etmək mümkündür. Bu səbəbdən danışıqlar axşama qədər çəkə bilər.
Ankara Zelenski-Putin danışıqlarına, bu hazırlıqlar sürəcində atəşkəsin elan olunmasına çalışır. Qara dənizin əsas limanlarından olan Odessanın işğalı planı işə düşdüyü üçün Türkiyə sürətli hərəkət etməyin vacib olduğunu bilir. Quruda bir neçə istiqamətdə geriyə oturdulan Rusiya ordusu Ukraynanın əsas qan damarlarından Odessa limanını ələ keçirmək fikrindədir.
AB ölkələri hökumət başçılarının Kiyev səfərindən sonra Qərbin hansı qərarlar verəcəyi də maraqlıdır. Odessa önəmli nöqtədir. Rusiyanın Qara dənizdə üstünlük qazanması Türkiyə ilə bərabər Şərqi Avropanın bir neçə ölkəsi üçün arzuolunmazdır və açıq təhdiddir. Zelenski bu haqda dəfələrlə xəbərdarlıq edib. Prezident Ərdoğanın Antalya Diplomatik Forumunda səsləndirdiyi “bu atəşi söndürməsək, bir gün bizi də yandırar” fikrini də unutmayaq.
İndilik görünən odur ki, Qərb həmin Qərbdir… Heç nə üçün tələsmir. Martın 16-dır, Ruslar Kiyev ətrafında cəmlənir Stoltenberq açıqlama verib ki, NATO martın 24-də Ukrayna məsələsilə bağlı sammitə hazırlaşır. Niyə belə tələsirsiniz ki?…
ABŞ isə Ukraynaya daha 1 milyard dollar verib - yəni get, vuruş. Ukrayna Ordusu və xalqı ciddi dirəniş göstərir - qələbəyə inam böyükdür.
Atəşi söndürməyin tək və real tərəfdarı Türkiyədir. Bunu ən yaxşı Zelenski bilir. Putin də…
Aygün Muradxanlı
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.