ABŞ hərbi gəmisi Stokholma YANAŞDI

16-03-2022, 12:38           
ABŞ hərbi gəmisi Stokholma YANAŞDI
ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəminin İsveçin paytaxtı Stokholmdakı Frihamnen limanında lövbər saldığı bildirilib.


Manset.az xəbər verir ki, gəmi nüvə başlıqlı idarə olunan raketləri daşıya bilən “USS Forrest Sherman” döyüş gəmisidir.

İsveç Silahlı Qüvvələrinin mətbuat katibi Jonas Olsson bildirib ki, gəmi Baltik dənizində təlimdə iştirak edib və sonra Stokholma gəlib.


Gəminin niyə Stokholmda olduğunu manevrin sirri səbəbiylə izah edə bilməyəcəyini ifadə edən Olsson, gəminin cümə axşamına qədər dayanacağını, daha sonra yola düşəcəyini bildirib.


Olsson əlavə edib ki, Stokholmdan ayrıldıqdan sonra gəminin missiyasının nə olduğunu bilmir.


Rusiyanın rəsmi xəbər agentliyi TASS-ın xəbərinə görə, Baltik dənizinə girən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Donald Cook” və “USS Forrest Sherman” gəmilərinin Rusiya Baltik Donanması qüvvələri tərəfindən yaxından təqib edildiyi qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru