Zelenski hamını Kiyevə çağırdı - VİDEO

16-03-2022, 11:21           
Zelenski hamını Kiyevə çağırdı - VİDEO
Mən Ukraynanın bütün dostlarını Kiyevə səfərə dəvət edirəm. Lakin bura təhlükəli ola bilər. Çünki səmamız hələ Rusiya raketləri və təyyarələri üçün bağlı deyil.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Teleqram kanalında paylaşdığı video-müraciətində deyib.

“Havada arsenalımızın gücləndirilməsi ilə bağlı qərar hələ verilməyib. Təyyarələri almamışıq. Amma siz dəqiq bilirsiniz ki, indi bütün dünya insanlarının gözü paytaxtımıza, ukraynalılara dikilib. Bizimlə olan hər kəsə minnətdar olacağıq”, - Zelenski qeyd edib.

Qeyd edək ki, ötən gün Polşa, Sloveniya və Çexiya baş nazirləri Kiyevə səfər edib və Zelenski ilə görüşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru