"BUNU ETMƏYƏ HAZIRLAŞMIRIQ..." - Zelenskidən barəsində yayılan təxribata cavab / VİDEO

16-03-2022, 16:55           
"BUNU ETMƏYƏ HAZIRLAŞMIRIQ..." - Zelenskidən barəsində yayılan təxribata cavab / VİDEO"Biz evdəyik və Ukraynanı müdafiə edirik!”

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski onun barəsində yayılan təxribata cavab olaraq bildirib.

Belə ki, “Ukrayna24” telekanalında xəbər lentində Zelenskinin “çətin qərar verərək, sakinlərlə vidalaşmaq qərarına gəldiyi”, həmçinin əhalidən “silahları yerə qoymalarını” istədiyi barədə yazı keçib.

“Biz heç bir silahı təhvil verməyə hazırlaşmırıq. Zəfərə qədər! Rusiya hərbçilərinə isə silahlarını təhvil verməyi təklif edə bilərəm”, - deyə Zelenski telekanala haker hücumuna reaksiya verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.