Stoltenberq: “NATO Ukraynanın alyansa üzvlüklə bağlı istənilən qərarına hörmətlə yanaşır”

17-03-2022, 00:09           
Stoltenberq: “NATO Ukraynanın alyansa üzvlüklə bağlı istənilən qərarına hörmətlə yanaşır”
“NATO yeni üzvlərin qəbulu üçün açıq olaraq qalır və Ukraynanın alyansa daxil olub-olmaması ilə bağlı istənilən qərarına hörmətlə yanaşacaq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika blokunun müdafiə nazirlərinin görüşündən sonra deyib.

“NATO Ukrayna rəhbərliyinin qəbul etdiyi qərarlara hörmətlə yanaşır. Alyansa qoşulmaq niyyətinin olub-olmaması öz ixtiyarlarındadır. Həmçinin NATO-nun 30 üzvü bu məsələ ilə bağlı qərar verəcək”, - Stoltenberq jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru