Boris Conson sözünü tutdu: Ukraynaya “Starstreak” sistemləri göndərildi

17-03-2022, 08:02           
Boris Conson sözünü tutdu: Ukraynaya “Starstreak” sistemləri göndərildi
Böyük Britaniya "Starstreak” sistemlərinin Ukraynaya göndərildiyini təsdiqləyib.

Birtaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Ukraynanı ən sürətli "Starstreak” zenit-raket kompleksləri ilə təmin edir.

BBC xəbər verir ki, o, bunu NATO müdafiə nazirlərinin iclasında deyib.

Uolles Ukraynaya göndərilən portativ zenit-raket sistemlərinin sayı barədə məlumat verməyib.

Bildirib ki, Böyük Britaniya daha əvvəl Ukraynaya 4000 ədəd tank əleyhinə müdafiə silahı göndərib.

"Starstreak” helikopterləri və alçaqdan uçan təyyarələri məhv etmək üçün nəzərdə tutulub.

Britaniya istehsalı olan bu portativ (rahat daşınan) zenit-raket sistemi dünyanın ən sürətli qısa mənzilli yer-hava raketi hesab olunur.

Raket 5 km-ə qədər olan yüksəklikdə hava hədəflərini vura bilir.

Bir neçə gün öncə Britaniyanın Baş naziri Boris Conson Ukraynaya hərbi dəstəklə bağlı dünya ölkələrinə çağırış etmişdi.

O hətta qeyd etmişdi ki, Ukraynaya ölümcül silahlar göndərəcəyik.
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.