NATO-nun “hiyləsi”: Ukrayna səmasını bu cür bağlayır

17-03-2022, 10:48           
NATO-nun “hiyləsi”:
Bu çağırış Ukrayna hava məkanının Rusiya üçün bağlanmasına hüquqi əsasın yaradılması üçündür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Prezident Zelensikinin Ukraynanın bütün dostlarını Kiyevə səfərə dəvət etməsi ilə bağlı danışarkən bildirib.

“Uzun müddətdir ki, Zelenski NATO-dan ölkənin hava sahəsinin bağlamasını istəyir. NATO isə bunu etmir və bununla bağlı dəfələrlə açıqlama verib. Çünki Ukrayna səmasını bağlamaq o deməkdir ki, NATO bu hava məkanına daxil olan istənilən obyekti vurmalıdır. Bu isə Rusiya ilə birbaşa konflikt deməkdir.

Əvəzində Polşa, Çexiya və Sloveniya baş naziləri Kiyevə gələrkən, NATO öz öhdəliyinə uyğun olaraq, ən azı onların marşrutu üzərində, yəni Kiyevə qədər hava sahəsini bağlamaq hüququ əldə etdi. Zelenski isə Ukraynanın digər dostlarını belə səfərlərə dəvət etməklə, əslində, NATO-nun qısa müddətli fasilələrlə də olsa, Kiyev səmasını bağlamasını təmin etməyə çalışır”, - politoloq qeyd edib.

Qeyd edək ki, Polşa, Çexiya və Sloveniya baş nazirləri ötən gün mənəvi fəstək üçün Kiyevdə səfərdə olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru