Daha bir separatçı bölgədən qoşunlar Ukraynaya gedir – VİDEO

17-03-2022, 11:33           
Daha bir separatçı bölgədən qoşunlar Ukraynaya gedir – VİDEO
Rusiya Ukraynadakı itkilərin yerini doldurmaq üçün daha bir separatçı bölgədən-Gürcüstanın Cənubi Osetiya regionundan öz qüvvələrini aparır. Sosial şəbəkələrdə Sxinvalidəki 4-cü qvardiya motoatıcı briqadasının canlı qüvvə və texnikasının bir qisminin Ukraynaya yeridilmək üçün Rusiyaya aparıldığını əks etdirən kadrlar yayılıb. Kadrlarda həmin qruplaşmanın Roksk tunelindən keçməklə Rusiya ərazisinə, Şimali Osetiyaya istiqamət aldığı görünür.

Bildirilir ki, Sxinvalidəki 4-cü briqadanın qüvvələri ilə yanaşı yerli muzdlular da Ukraynaya aparılır.

Bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlılarının bir qismini, o cümlədən Ermənistandakı 102-ci bazanın 800-ə yaxın hərbçisini və Suriyadakı hərbi kontingentin bir hissəsini Ukraynaya apardığı açıqlamışdı. Bu haqda Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilirdi.

Ukrayna tərəfinin açıqladığı son rəqəmlərə görə Rusiya ordusunun itkiləri 14 min nəfərə yaxınlaşır, o cümlədən minlərlə hərbçi əsir alınıb. Ehtimal edilir ki, Ukraynaya yeridilən ordu qüvvələrinin artıq 40 faizdən çoxu sıradan çıxıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.