"Qərb bizi "tərbiyə" edə bilməz" - Dmitri Medvedev

17-03-2022, 13:08           
"Qərb bizi "tərbiyə" edə bilməz" -
“Rusiya ona və vətəndaşlarına yaraşan dünya nizamı uğrunda mübarizəni davam etdirəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Ətraflı

“Qərb bizi “tərbiyə edə bilməz”. Rusiyanı itaət etdirə, parçalaya bilməzlər. NATO-nun sərhədlərimizə qədər genişlənməsi, ölkəmizə qarşı iqtisadi və informasiya müharibəsi, hədə-qorxuları indiki gərgin vəziyyətə səbəb olub" - o bildirib.

Medvedev vurğulayıb ki, Qərb ölkələrinin Rusiyaya qarşı davranışı cinayətdir:

“Onlara lazım olanda hər şeyə, o cümlədən Donbasda dinc əhalinin öldürülməsinə göz yuma bilərlər. Kimsə onların əmrinə tabe olmayanda isə Rusiya günahkar olur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru