"Fransa Avropada müharibəyə hazırlaşmalıdır" - Makron

18-03-2022, 00:05           
"Fransa Avropada müharibəyə hazırlaşmalıdır" - Makron
"Fransa yüksək intensivlikli müharibəyə hazır olmalıdır".

"Report" "Liberation" nəşrinə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, Fransa kosmosda və kiberməkanda yeni növ münaqişələr qarşısında çevik olmalıdır.

Fransa lideri silahlı qüvvələrdə ehtiyatda olan əsgərlərin, polis və jandarma qüvvələrinin sayının iki dəfə artırıldığını açıqlayıb.

Makron bununla yanaşı, seçki kampaniyası zamanı Fransanın 2025-ci il müdafiə büdcəsinin 50 milyard avro olacağını bildirib. Hazırda bu rəqəm 40 milyard avrodan çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru