BAYDEN YENİDƏN PUTİNİ TƏHQİR ETDİ - "Qanlı diktator, xalis başkəsəndir...”

18-03-2022, 08:36           
BAYDEN YENİDƏN PUTİNİ TƏHQİR ETDİ -
Martın 17-si ABŞ prezidenti Cozef Bayden Vaşinqtonda Müqəddəs Patrik Günü münasibətilə İrlandiyanın hökumət nümayəndələrinə verilən rəsmi ziyafətdə iştirak edib. Novator.az-ın məlumatına görə, ziyafətdə çıxış edən Cozef Bayden Rusiya prezidenti Vladimir Putini qanlı diktator, xalis başkəsən adlandırıb.

ABŞ prezidenti deyib: “Putin Ukrayna xalqına qarşı mənəviyyatsızcasına müharibə aparan qanlı diktator, xalis başkəsəndir”.

Martın 16-sı Bayden Putini hərbi cani adlandırmışdı.

Martın 15-i ABŞ Konqresinin yuxarı palatası (Senat) Vladimir Putini hərbi cani sayan qətnamə qəbul edib. Yekdilliklə qəbul olunan qətnamədə Rusiya hərbçilərinin Vladimir Putinin rəhbərliyi ilə Ukraynada zorakılıq, hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər törətdiyi vurğulanıb.

Qanun sayılmayan sənəddə Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayətlər Məhkəməsinə və ölkələrə Rusiya rejiminin Ukraynaya hərbi müdaxilə zamanı yol verdiyi hərbi cinayətləri araşdırmaq çağırışı yer alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.