Rus səfir Bosniya və Herseqovinanı təhdid edərək "sonunuz Ukrayna kimi olar" dedi - Sarayevodan Moskvaya SƏRT CAVAB

18-03-2022, 10:25           
Rus səfir Bosniya və Herseqovinanı təhdid edərək "sonunuz Ukrayna kimi olar" dedi -
Rusiyanın Sarayevodakı səfiri İqor Kalabuhov Bosniya və Herseqovinanı təhdid edərək, “NATO-ya üzv olmaq qərarına gəlsəniz, sonunuz Ukrayna kimi olacaq” deyib.

Avropa.info xəbər verir ki, Bosniya və Herseqovina prezident şurasının bosniyalı üzvü Şefik Dzaferoviç Kalabuhovun çıxışında Ukrayna nümunəsindən istifadə etməsini “Bosniya və Herseqovinanın ərazi bütövlüyünə hücum” kimi qiymətləndirib.

"Bosniya və Herseqovina konstitusiya və qanunlar çərçivəsində gələcəyi ilə bağlı öz qərarlarını verəcək, öz vətəndaşlarının tələb və mənafelərinə uyğun hərəkət edən suveren ölkədir. Biz başqalarının maraqlarını təhqir etmirik, Rusiya isə edir. Rusiyanın Bosniyanın gələcəyi üçün məsuliyyət daşımağa haqqı yoxdur. Bosniya və Herseqovinanı Rusiya səfirliyi idarə etmir", - deyə Şefik Dzaferoviç qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.