Rusiya çarə axtarır: SSRİ necə bacarırdı?

18-03-2022, 09:31           
Rusiya çarə axtarır:
Rusiyanın bir çox ölkələrlə milli valyuta ilə alış-veriş etmə cəhdi yeni deyil.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın Hindistanla ticarəti rubl və rupi ilə aparmaq istəyi barədə açıqlamasını şərh edərkən bildirib.

“2015-2016-cı illərdə Çinlə Rusiya milli valyuta ilə alış-verişlə bağlı bir müqavilə imzanlanmışdır, amma yerinə yetirilmədi. İndiki zamanda isə rus rublu ilə ticari müqavilələr imzalamaq məntiqsizlikdir. Çünki hər gün rublun məzənnəsi dəyişir və artıq Rusiyada qara bazar formalaşıb. Hindistan və Çin kimi ölkələrin rublla ticarəti mümkün deyil. Ancaq bəzi regional müqavilələr Çin yuanı üzərindən bağlana bilər. Yuan daha sabit valyutadır. Rus rublu ilə bağlı isə kifayət qədər problemlər var”, - ekspert deyib.

İqtisadçı analoji problemi keçmiş SSRİ-nin necə həll etməsinə də aydınlıq gətirib. O bildirib ki, SSRİ zamanı xarici ticarətin böyük əksəriyyəti qızıl ilə aparılırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru