Putinin dostunun adamları Ağdam yaxınlığındakı kəndlərimizə gəldi... - BİZ İSƏ SEYR EDİRİK...

18-03-2022, 11:03           
 Putinin dostunun adamları Ağdam yaxınlığındakı kəndlərimizə gəldi... -
Dünən - martın 17-də Laçındakı dövlət sərhədimizi qanunsuz şəkildə keçən Ermənistan parlamentinin "Hayastan" fraksiyasının deputatları Azərbaycan Respublikası Xocalı rayonunun Pirlər və Xanabad kəndlərində olublar. Dia.az moderator.az-a istinadla xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, deputatlar Artur Xaçatryan, Qeqam Manukyan, Kristine Vardanyan, Yelena Kirakosyan "Daşnaksütyun" partiyasının Qarabağdakı nümayəndələrinin müşayiəti ilə Ağdam şəhəri yaxınlığındakı kəndlərimizə gəliblər.

Ermənistan parlamentinin üzvləri sözügedən kəndlərdəki qanunsuz "icma rəhbərləri" ilə "mövcud problemlərdən danışıb, kənd sakinləri ilə söhbət edib, düşmənin daim nəzarətində olan insanlara dəstək olduqlarını bildiribər".

Qəsbkar ölkə deputatlarının səfəri zamanı Azərbaycan ordusu mövqelərindən Azərbaycan mahnıları oxunub və buna cavab olaraq Pirlərdən erməni dilində "vətənpərvərlik" mahnıları səsləndirilməyə başlanıb.

Xatırladaq ki, "Hayastan" blokunun lideri Xocalı canisi, terrorçu eks-prezident, Putinin dostu Robert Köçəryandır...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru