"Der Spiegel": "Avropa Rusiyanı məğlub edəcək gücdə deyil"

18-03-2022, 11:33           
"Der Spiegel":
Avropa ölkələrinin Rusiyanın fevral ayından Ukraynada başlatdığı hərbi əməliyyatları dayandıra bilməməsi Qərb mediasında bir sıra suallar doğurub. Aparıcı KİV-lər tez-tez bu mövzuya toxunaraq ya NATO-nu şişirdilmiş bir hərbi alyans olmaqda ittiham edirlər, ya da Avropa nəhənglərinin Ukrayna kimi ölkəyə görə riskə getməyi uyğun saymadığını yazırlar. Növbəti belə məqalə Almaniyanın "Der Spiegel" saytında dərc edilib. AzVision.az xəbər verir ki, Fransalı hərbi ekspert Pyer Serven jurnala müsahibəsində deyib ki, Avropa Rusiyanı məğlub edəcək durumda deyil. Burada heç bir ölkə Moskvaya qarşı müharibə aparmağa qadir deyil.
Avropada heç bir ölkə Rusiyanı birbaşa silahlı toqquşmada məğlub edə bilməyəcək, avropalılar illərdir yalnız NATO-ya, yəni ABŞ-a arxalanaraq özlərini hərbi kastrasiyaya məruz qoyublar, - o, fikrini belə əsaslandırıb.



Mütəxəssis misal kimi Fransanı göstərib. Onun sözlərinə görə, hansı ki, ölkəsi Avropa İttifaqında ən böyük orudya malikdir. Orduları “cipdən tutmuş nüvə sualtı qayığına qədər” təchiz edilib. Ancaq Serven belə hesab edir ki, hətta bu qədər yaxşı hazırlanmış ölkə Ukraynadakı kimi oxşar münaqişələrdə qalib gələ bilməz.

Tural Tağıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.