Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxan rusiyalı məmur vəzifəsindən getdi

18-03-2022, 18:35           
Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxan rusiyalı məmur vəzifəsindən getdi
Əvvəllər Kremldə və Rusiya Federasiyası hökumətində yüksək vəzifələrdə çalışan Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri postunu tərk edib.

Bildirilib ki, A.Dvorkoviç “Skolkovo” Fondunun sədri səlahiyyətlərinə xitam vermək və diqqətini təhsil layihələrinin inkişafına yönəltmək qərarına gəlib.

Fonda yaxın mənbələrdən verilən məlumatda qeyd olunub ki, onu bu postda “Skolkovo”nun idarə heyətinin sədri vəzifəsində çalışan İqor Drozdov əvəz edə bilər.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti olan Arkadi Dvorkoviç Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatlara qarşı olduğunu ifadə edib.

O, həmçinin müharibə bitənə və ukraynalı oyunçular şahmata qayıdana qədər Rusiya və Belarus nümayəndələrinin beynəlxalq turnirlərdə iştirakına qadağa qoyulmasına çağırış edib.

Mənbə: Meduza.io












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru