ABŞ Rusiyaya şərtlərini AÇIQLADI - "Bu halda sanksiyalar ləğv olunacaq"

19-03-2022, 07:58           
ABŞ Rusiyaya şərtlərini AÇIQLADI - "Bu halda sanksiyalar ləğv olunacaq"
"ABŞ hakimiyyəti ümid edir ki, Moskva Ukraynada xüsusi əməliyyatı dayandırsa Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq".

APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi brifinq zamanı deyib. Xarici siyasət rəsmisi bildirib ki, məhdudiyyətlər daimi nəzərdə tutulmayıb.

“Sanksiyalar bir vasitədir. Əgər biz Rusiyanın əməliyyatları dayandırmasını görsək, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bərpa etmək baxımından nəticələri görsək sanksiyalar ləğv ediləcək”,- deyə Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru