Nevzorov müharibə barədə yenə həqiqətləri yazdı:"biz onlarla əsgəri məhv etmək üçün yüzlərlə mülki vətəndaşı öldürsək, bu, azadlığa çıxmaqdırmı?”

19-03-2022, 16:33           
Nevzorov müharibə barədə yenə həqiqətləri yazdı:"biz onlarla əsgəri məhv etmək üçün yüzlərlə mülki vətəndaşı öldürsək, bu, azadlığa çıxmaqdırmı?”
Rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorov özünün Telegram kanalında Ukraynadakı müharibə ilə bağlı həqiqətləri danışan yazı yazıb.
Rusiya KİV-nin bir neçə həftə ərzində əslində nə baş verdiyini gizlətdiyini və rus ordusunun Ukrayna ilə müharibədəki “uğurları” barədə məlumat verdiyini yazıb. Jurnalist bildirib ki, ümumiyyətlə, təbliğatçılar böyük itkilərdən bəhs etməyiblər:
Ətraflı
"Artıq susa bilmirəm. İndi Mariupolda terror var. Ordumuz mindən çox dinc sakinin gizləndiyi Dram Teatrına nəhəng bomba atdı. Bu rəqəmi bir düşünün. Biz bütün mənbələrdə dedik ki, t eatr Zalı Azov alayının 12 silahlısı tərəfindən qorunan mülki insanlarla doludur. Bir gün sonra onun üzərinə 500 kiloqramlıq bomba atırıq. Havada “Uşaqlar buradadır” yazılan onlarla foto görmək olar. Mənim bircə sualım var: biz onlarla əsgəri məhv etmək üçün yüzlərlə mülki vətəndaşı öldürsək, bu, azadlığa çıxmaqdırmı?”, - Nevzorov yazıb.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru