Putinin başı dərddə - Beynəlxalq Tribunala verildi

20-03-2022, 00:03           
Putinin başı dərddə - Beynəlxalq Tribunala verildi
Böyük Britaniyanın keçmiş baş nazirləri Qordon Braun və Con Meycor Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı fəaliyyətlərinin araşdırılması üçün yeni beynəlxalq tribunalın yaradılmasına təkid edir.

Redaktor.az xəbər verir ki, onlarla birlikdə 138 nəfər İkinci Dünya Müharibəsindən sonra nasist hərbi cinayətkarlara qarşı Nürnberq prosesi nümunəsi əsasında məhkəmə orqanının yaradılması üçün petisiya imzalayıblar.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) artıq Ukraynada hərbi cinayətlər törətmək şübhəsi ilə Vladimir Putin barəsində araşdırma aparır. Sözügedən tribunalın BCM-in cari araşdırmalarına əlavə olaraq fəaliyyət göstərəcəyini ehtimal etmək olar.

BCM BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan Rusiya təcavüzünü araşdıra bilməyəcək, çünki Moskvanın əlində veto hüququ var.

“Əgər aydın siqnal verilməsə, biz digər ölkələrdə də cəzasıq qala biləcək təcavüzlə qarşılaşacağıq”, - deyə Q.Braun bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.