Putin Ukraynadan niyə qorxur? -

20-03-2022, 08:40           
Putin Ukraynadan niyə qorxur? -
"Əlbəttə, Putin Ukraynanın üfüqdə görünən gələcəkdə NATO üzvü olacağına inanmırdı. O, çox yaxşı bilirdi ki, Ukrayna torpağında heç bir döyüş başlıqları yerləşdirilməyəcək. Rus xalqının tarixi barədə yazdığı, Nostradamusla rus vikipediyası arasında orta bir şey olan cəfəngiyyata da inanmırdı".

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirərkən belə deyib.

O hesab edir ki, Putini qorxudan Ukraynanın NATO-ya üzvlüyü deyil, bu ölkədəki demokratik dəyərlərdir: "Düşünürəm ki, məsələ bu, deyil. Düşünürəm ki, o, Ukraynadan tamamilə başqa səbəbə görə qorxur. Ukraynada azad mətbuat olduğuna görə qorxur. Ukraynada azad seçkilər var. Ukrayna öz xətaları ilə də olsa, ilbəil azadlığa, demokratiyaya və açıq bazarlara yaxınlaşdıqca Putin "Ukrayna nümunəsi"ndən getdikcə daha çox qorxur".

"O, bunun özü ilə də baş verəcəyindən qorxur, çünki Putin Rusiyasında təcavüzü "təcavüz" adlandırdığına görə səni 15 ilə həbsə salırlar. Əgər Putinlə seçkilərdə yarışmaq istəsən, səni ya zəhərləyəcəklər, ya da güllələyəcəklər", - deyə Boris Conson qeyd edib.

Tərcümə: Yadigar Sadıqlı













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru