Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA

20-03-2022, 10:48           
Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Türkiyə Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməyi özünün əsas vəzifəsi hesab edir.

Pravda.az-ın məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Qətərin "Al Jazeera" telekanalına müsahibəsində deyib.

"Biz hər iki tərəflə əlaqə kanallarımızı açıq saxlayırıq. Bu, çox vacibdir, bizim səylərimiz Rusiya və Ukrayna prezidentləri arasında birbaşa görüş təşkil etməyə yönəlib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda Moskvaya səfər edərək danışıqlar apardı", - deyə İ.Kalın bildirib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayıb. İ.Kalın əlavə edib ki, Türkiyə Ukraynada tezliklə atəşkəsə nail olmaq üçün bütün kanallardan istifadə edir.

"Tərəflər Belarusda texniki səviyyədə görüşür. Nazirlər səviyyəsində ilk görüş Antalyada Diplomatik Forum çərçivəsində baş tutub. Bu gün əsas vəzifə iki ölkə lideri arasında görüş təşkil etməkdir", - deyə İ.Kalın vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru