Avropa Parlamentinin qəbul etdiyi "Qətnamə" ilə bağlı Qorqud partiyasının bəyanatı

20-03-2022, 12:18           
Avropa Parlamentinin qəbul etdiyi "Qətnamə" ilə bağlı
Bir neçə gün əvvəl Avropa Parlamenti tam yalan iddialara əsaslanan qətnamə qəbul etmişdir. Qətnamədə bildirilir ki, guya Azərbaycan hökuməti ermənilərə qarşı nifrət aşılayır və Dağlıq Qarabağda, onun ətrafında erməni mədəni irsini silmək siyasəti aparır. Təbii ki, bu iddialar tam cəfəngiyatdır və heç bir əsası yoxdur. Bunun əsas səbəbi də odur ki, "erməni mədəni irsi" adlandırılan irs əslində Azərbaycanın Xelat Atabəgləri Ailəsinin irsidir və bu irsin, bu gün özünü erməni adlandıran topluma heç bir aidiyyatı yoxdur. Qədim mənbələrə görə Allah iki növ insan yaratmışdır ki, bu da Göy və yer insanlarıdır. Bütün qədim mədəniyyət yalnız Göy insanlarına aiddir. Yer insanlarını isə təbiət və şəhvət idarə etdiyi üçün, onlar yazılarda qeyd olunmağa layiq görülməmişlər. Qədim mədəniyyətlərin hamısının sahibi, mənbələrdə "seçilmişlər" adlandırılan Xəzər Türk bəgləri olmuşlar. Erməni ölkəsini də Xelat Atabəgi Məhəmməd Sökmən yaratmış və özünü Ərmən-şah adlandırmışdır.
Avropa Parlamentində oturanlar nəinki erməni tarixini, heç öz tarixlərini də anlamırlar. Bilsəydilər Azərbaycana qarşı belə bir qətnamə qəbul etməzdilər. Çünki Avropaya mədəniyyəti, Avropa krallarının, şahlarının nəsli olan, "Quş dili" bilən Qulyardlar, yəni Gel oğulları gətirmişdir. Bunlar isə Azərbaycanın Xelat Atabəglərinin, yəni Gelar bəglərinin əcdadlarıdır. Masonluğu da bu Gelad/Kelt ismaililəri yaratmışlar. Bu günkü Avropa əsilzadələri isə heç öz köklərini bilmirlər və qədim rəmzləri dərk etmək qabiliyyətndə də deyillər.
Avropa Parlamentini xristian klubuna çevirən deputatlar ümumiyyətlə xristianlığın da nə demək olduğunu anlamırlar. Bir nəfər də olsun xristian, İncildə nədən danışıldığını bilmədən özünü xristian adlandırır. Hələ
XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qozi demişdir: "İncili xalqa oxumağa vermək – müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir". Bu gün nə Vatikan papası, nə də kardinallar İncilin əsl, yəni gizli mənasını başa düşmür və heç vaxt da düşməyəcək. Çünki bütün müqəddəs yazıları İsmaili batiniləri yazmışlar və yalnız onlar anlaya bilər. Belə olan halda heç nə anlamayan Avropa parlamentarilərinin Azərbaycana düşmən mövqedə dayanması bağışlanılmaz yanlışlıqdır. Bir gün bu deputatlar bu ədalətsizliyin əvəzini görəcəklər. Buna heç şübhə olmamalıdır.

Qorqud partiyasının sədri Firudin Kərimov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.