Putin hakimiyyətinin sonu yetişir: artıq varis də məlumdur

20-03-2022, 16:40           
Putin hakimiyyətinin sonu yetişir: artıq varis də məlumdur
Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən verilən məlumata görə, Vladimir Putini öldürmək məqsədilə Rusiya biznes-siyasi elitasında bir qrup nüfuzlu şəxslərdən ibarət qrup formalaşıb.

Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Putinin tez bir zamanda hakimiyyətdən uzaqlaşdırılması və Rusiya ilə müharibə səbəbindən Ukraynanın Qərblə dağılmış iqtisadi əlaqələrin bərpası bu qrupun məqsədidir. Artıq siyasi varis də müəyyənləşib: “Rusiya Federasiyasının siyasi elitası FTX-nin direktoru Aleksandr Bortnikovu Putinin kreslosuna əyləşdirmək istətirlər.

Xəbərlərə görə, hazırda Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu nümayəndələri Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif variantları nəzərdən keçirirlər. Həmin variantlar arasında zəhərlənmə, qəfil xəstəlik və digər “qəzalar” da var. Mənbə hesab edir ki, Kiyevin şimalında çeçen qruplaşmaları,nın mövqelərində bu yaxınlarda müşahidə olunan “sızmalar” da çox güman ki, sözügedən proseslərlə bağlıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.