Putinlə tez və ya gec bir araya gələcəm - Zelenski

21-03-2022, 11:47           
Putinlə tez və ya gec bir araya gələcəm - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə tez və ya gec dialoq üçün bir araya gələcəyini və bu görüşün Qüdsdə belə təşkil edilə biləcəyini bildirib.

Teref.Az Trend-ə istinadən xəbər verir ki, Zelenski "Telegram" hesabından paylaşdığı görüntülü mesajda müharibənin 25-ci gününü dəyərləndirərək "Rus ordusu 25 gündür icad ettiyi Ukrayna nasistlərini axtarır, ama tapmır" deyib.

Zelenski rus ordusunun 20 martda Mariupolda həyata keçirdiyi hava hücumu nəticəsində çox sayda insanın sığındığı məktəb binasının dağıldığını qeyd edib.

"Hələlik neçə insanın həyatda qaldığını bilmirik, amma bombanı atan pilotun mütləq tapılıb sivilləri öldürən digər pilotlar kimi cəzalandırılacağına əminim", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru