Putinin Qərbə yedirtmək istədiyi yeni "taktikası"...

21-03-2022, 14:14           
Putinin Qərbə yedirtmək istədiyi yeni "taktikası"...
Son günlərdə yayılmış bir tesiz haqqında fikirlərimi bölüşmək istəyirəm:
Qərb mediası son zamanlar daha çox yazır ki, Putin sağalmaz xəstədir, artıq bunkeri hazırdır, uzun zaman bunkerdə qalmağa hazırlaşır – bütün bu xəbər axını Kreml təbliğatının növbəti əməliyyatıdır, Qərb mediası da ya “tık” xatirinə, ya da anlamayaraq bu yemi “udur”. Özü də, Qərb mediası bu xəbərləri çox vaxt, “Kremlı yaxın anonim mənbəələrdən”, aldığını deyir. Kremlin marağı çox sadədir – Qəsdən bu fikri yayır ki, baxın ha, Putinin itirəcəyi heç nə yoxdur, ölümcül xəstədir, nüvə düyməsini basa bilər, və ya, xəstə olmasa da, artıq özünə elə bir bunker infrastrukturu qurub ki, “nüvə qışını” bitməsini illərlə bunkerdə sağ-salamat gözləyə bilər. Məqsəd də odur ki, hamı Ukraynaya təzyiq etsin, “dəlinin” əlindən dünyanı qurtarmaq üçün güzəştlərə razı salmağa çalışsınlar.
Teref.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli yazır.
Ümimiyyətlə, müharibələr dövründə informasiya axını çox toksik olur, kimin nə vaxt harada həqiqət söyləməsini ayırd etmək çətinləşir. Amma bir önəmli kriteriya var: Hansı ölkə ki, mətbuatı boğur, senzuranı kəskinləşdirir, ağzını açanı həbs edir, bilin ki, o dövlətin gizlətdiyi məlumatlar daha çoxdur, yalanlarının ifşasından qorxur – Bu gün Rusiyada senzura SSRİ-i səviyyəsinə çıxması, istənilən fərqli fikrin boğulması, rəsmi mövqedən başqa bütün fikirlərin əvvəlcədən “yalan” elan edilməsi onu deməyə əsas verir ki, haqsız olan, hüquqsuz davranan məhz Rusiyadır. Bu gün Rusiya dünyada elə bil ölkədir ki, küçədə əlində kiçicik, “müharibəyə yox”, yazılmış şüar tutanlar, müharibə əlehinə olanlar həmən həbs edilir – tragikomik vəziyyətdir...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.