Zelenskidən Avropa ölkələrinə ÇAĞIRIŞ

21-03-2022, 22:20           
Zelenskidən Avropa ölkələrinə ÇAĞIRIŞ
Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Almaniya və digər Avropa ölkələrinə müraciət edərək onları Rusiya rəhbərliyini maliyyələşdirməyi dayandırmağa çağırıb.

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dövlət başçısı deyib: "Almanlar, sizin gücünüz var. Avropanın gücü istənilən raketlərdən, istənilən tanklardan güclüdür. Sizinlə ticarət olmadan, sizin şirkətlər və banklar olmadan Rusiyanın bu müharibə üçün pulu olmayacaq".

Ukrayna Prezidentinin fikrincə, avropalılar öz limanlarını Rusiya tərəfi üçün bağlamalı, bu ölkəyə məhsul ixracını dayandırmalı və Rusiya enerji daşıyıcılarından imtina etməlidirlər: "Rusiyanın Ukraynadan getməsi üçün təzyiq göstərin. Mən inanıram, bilirəm ki, sülh mümkündür. Lakin siz sülhün gəlməsi üçün addımlar atmalısınız. Almaniyada hər bir şəxs, Avropada hər bir şəxs".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.