Zelenski: “Rusiya ilə kompromisli razılaşma referenduma çıxarılmalıdır”

22-03-2022, 08:16           
Zelenski:
“Rusiya ilə ehtimal olunan kompromisli razılaşma, o cümlədən təhlükəsizlik təminatına dair zəmanət Ukraynada referenduma çıxarılmalıdır”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa televiziyalarına müsahibəsi zamanı deyib.

“Mən danışıq aparan heyətlərə izah etmişəm ki, dəyişikliklər tarixi hadisə ola bilər. Biz tələsmirik və referenduma getməliyik. Xalq kompromisin bu və ya digər formasına münasibət bildirməlidir. Bunun necə olacağı isə Ukrayna və Rusiya arasındakı danışıqların mövzusudur. Bu səbəbdən mən istənilən halda xalqla birlikdə olacağamsa hər şeyə getməyə hazıram” – deyə Zelenski vurğulayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna NATO-ya daxil olmayacağı təqdirdə Şimali Atlantika Alyansından zəmanət alarsa, bu normal kompromis hesab edilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru