"Polşa artıq Rusiyanın hücumuna HAZIRLAŞIR" - Deşitsa

22-03-2022, 08:26           
"Polşa artıq Rusiyanın hücumuna HAZIRLAŞIR" - Deşitsa
“Polşa artıq Rusiyanın hücumuna hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Polşadakı səfiri Andrey Deşitsa Kanal 24-ün efirində deyib. O bildirib ki, Polşa hökuməti artıq Rusiyadan mümkün təcavüzə hazırlaşır.

“Rusiyanın Polşaya hücum edə biləcəyi ilə bağlı təhlükə var. Polşa hökuməti buna hazırlaşır”, – deyə Deşitsa bildirib.

Diplomat xatırladıb ki, ölkədə müdafiə haqqında qanun qəbul edilib və bu qanun Polşa Silahlı Qüvvələrini gücləndirir.

“Lakin Polşa hökuməti başa düşür ki, Ukraynaya kömək etmək və rus qoşunlarının Polşa ilə sərhədlərə yaxınlaşmasının qarşısını almaq daha yaxşıdır”, – deyə Deşitsa əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru