“Biz azadlığımızı, qürurumuzu müdafiə edirik” - Şevçenko

22-03-2022, 10:13           
“Biz azadlığımızı, qürurumuzu müdafiə edirik” - Şevçenko
Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Rusiyanın ölkəsini işğalı haqda danışıb.

Qol.az xəbər verir ki, o, əvvəlcə “Daily Mail” nəşrinə müsahibəsində hərbi təcavüzün ilk günləri haqda danışarkən deyib:

“Mən yatırdım. Anamdan zəng gəldi. O dedi ki, bunu söyləmək asan deyil, müharibə başladı. Rusiyanın müharibəyə başlayacağına inanmazdıq. Biz şoka düşdük”.

Şevçenko daha sonra deyib: “Ev titrədiyi üçün düşən hər bombanı hiss edirsən. İndi müharibə belə görünür. Rusların şəhəri mühasirəyə alır və oranı bombalayırlar. Dayanmaq bilmirlər. Bu, amansızdır.

Onlar Ukrayna xalqına humanitar dəhliz vermirlər. Anam, bacım, əmim, xalam ordadır. Bəzi dostlarım ön xəttədir. Onlar ölkəmizi, azadlığımızı, seçimimizi, qürurumuzu müdafiə edirlər. Biz özümüzü müdafiə edirik, mübarizə aparırıq. Etməliyik də. Bizim başqa seçimimiz yoxdur.

Prezident Volodimir Zelenskinin mövqeyi çox vacib idi. O, gedə bilərdi. Amma o, qalacağını, ölkəmizi müdafiə etməli olduğumuzu dedi. Bu, Ukrayna xalqını birləşdirdi. O, onlarla qaldı. Biz təslim olmayacağıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.