Azərbaycanın tanınmış vəkilindən çağırış: Rus məhsullarından imtina edin

22-03-2022, 10:14           
Azərbaycanın tanınmış vəkilindən çağırış:
Tanınmış vəkil Elçin Sadıqov vətəndaşları Rusiya məhsullarından imtina etməyə çağırıb.

Pravda.az-ın xəbərinə görə, o bildirib ki, yerli məhsul almaq lazımdır.

“Son zamanlar düşünürəm, Ukraynada Russiyanın törətdiyi böyük cinayətlərdə bizim rolumuz varmı? Əvvələr rus ərzağı almışam. Sonra araşdırdım ki, ölkəmizdə aldığımız bəzi geyim əşyaları da Rusiyanın imiş. Düşündüm, o uşaqları, dinc əhalini öldürən güllələrdə, onları öldürən əsgərlərin yeməyində, geyimində, istənilən təminatında mənim rolum varmı? Ola bilər ki, olub. Bəlkə mən aldığım sosiskadan qalan mənfəətə 1 güllə alıblar. Bundan sonra Rusiyanın bütün mallarından imtina edirəm. Siz də imtina edin. Ən azı yerli mal alın. Sizin pullarınızla dinc əhaliyə güllə atılmasın”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru