Kiyev nüvə silahı hazırlayır...- İLGİNC AÇIQLAMA

23-03-2022, 00:25           
Kiyev nüvə silahı hazırlayır...-
Rəsmi London nüvə silahının hazırlanmasında Kiyevə yardım göstərilməsi imkanlarını istisna etmir.

Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Rusiyadan qorunmaq üçün nüvə proqramını davam etdirmək məsələsinin gündəmə gəlməsinə cavab olaraq müdafiə naziri bəyan edib ki, sözügedən mövzu hakimiyyətlə müzakirə olunmalıdır. Lakin onun ölkəsi istənilən seçimdə Kiyevi dost kimi dəstəkləməyə hazırdır.

Xatırladaq ki, Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Bundan əlavə, Putin heç bir qonşu respublikanın işğalından söhbət getmədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru