Rusiya G20-dən çıxarılacaq?

23-03-2022, 00:05           
Rusiya G20-dən çıxarılacaq?
Polşa Rusiyanın G20 (Böyük İyirmilik) qrupundan çıxarılmasını təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Polşanın inkişaf və texnologiya naziri Piotr Novaka istinadən məlumat yayıb.

O, ABŞ-ı Ukrayna ətrafındakı vəziyyətə görə qrupdan çıxarılması məsələsini araşdırmağa dəvət edib.

"ABŞ-ın ticarət naziri Gina Raimondo ilə Rusiyanın G20-dən çıxarılması təklifini təqdim etdik və təklif bəyənildi. Bu məsələ ABŞ prezidenti Co Baydenə təqdim ediləcək", - deyə Polşalı nazir bildirib.

ABŞ Ticarət Nazirliyi bu məsələ ilə bağlı şərh verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru