Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyi açıqlanıb

23-03-2022, 08:34           
Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyi açıqlanıb
Rusiyanın milli təhlükəsizliyi konsepsiyası nüvə silahının yalnız onun mövcudluğuna təhlükə yarandığı halda istifadəsini nəzərdə tutur.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası nüvə silahından yalnız ölkəyə təhlükə olduqda istifadə edə bilər.

“Bizim milli təhlükəsizlik konsepsiyamız var, o, ictimaiyyət üçün açıqdır. Siz nüvə silahının istifadə oluna biləcəyinin bütün səbəblərini oradan oxuya bilərsiniz. Yəni, ölkənin mövcudluğuna təhlükə varsa, o zaman bizim konsepsiyaya uyğun istifadə oluna bilər. Bu mətndə qeyd olunan başqa səbəblər yoxdur”, - Peskov CNN telekanalına açıqlamasında bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru