Rusiya Ukraynada hədəflərinə çatmadığını etiraf etdi...-RƏSMİ

23-03-2022, 10:08           
Rusiya Ukraynada hədəflərinə çatmadığını etiraf etdi...-RƏSMİ
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistin tammiqyaslı təcavüzdən sonra Putinin Ukraynada məqsədlərinə çatıb-çatmaması ilə bağlı sualını cavablandırıb.

Moderator.az xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb.

"Birincisi hələ yox. hələ. O, hələ hədəflərinə çatmayıb"- Rusiya liderinin "sağ əli" belə deyib.

Eyni zamanda Peskov iddia edir ki, guya Rusiyanın Ukraynaya hücumu “əvvəlcədən müəyyən edilmiş plan və məqsədlərə ciddi şəkildə uyğun gedir”.

Bundan əvvəl Kremldə Rusiyaya qarşı təhlükə yaranarsa, onun nüvə silahından istifadə edə biləcəyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru