"Rusiya post-sovet ölkələrində olan-qalan bağlarını da belə qırır…"- Politoloq

23-03-2022, 09:39           
"Rusiya post-sovet ölkələrində olan-qalan bağlarını da belə qırır…"- Politoloq
“Rusiyaya ortaq dövlət, ortaq mədəniyyət , ortaq tarix və s. kimi aspektlərdən ənənəvi rəğbət bəsləyən intellektual kəsim indi onun əsas əks-təbliğatçılarına çevriliblər”. Teref.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva yazıb.

Y.Hacıyeva daha sonra qeyd edib ki, “Onlar elə düşünürdü ki, Rusiyanı tanıyırlar. Çünki heç cahil insanlar belə mülki insanlarla dolu şəhərləri bombalamağa, cəmiyyətin ruhunu və qələbə əzmini sındırmaq üçün əli yalın insanların gizləndiyi binaları vurmağa haqq qazandırmır. Rusiya post-sovet ölkələrində olan-qalan bağlarını da belə qırır… Bəziləri ürəyində Rusiyaya “xidmət” edir”, “dəstəkləyir” və s… Onları izləyəndə adamın ürəyi bulanır. Allah heç bir ölkəni belələrinin ümidinə qalacaq qədər düşürməsin…”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru