Paşinyana sərt ittiham: “Ağlınızı başınıza yığın…”

23-03-2022, 10:17           
Paşinyana sərt ittiham: “Ağlınızı başınıza yığın…”
Parlamentin vitse-spikeri, Ermənistan fraksiyasının üzvü İşxan Saqatelyan hesab edir ki, hakimiyyət ölkəni uçuruma aparmağa davam edir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Parlamentin iclasındakı çıxışında Saqatelyan deyib ki, Ermənistan ciddi problemlərlə üz-üzədir:

“Tarixi, bu günü və keçmişi təhrif etməkdə davam edən, onu “keçmiş və indiki”yə bölərək hakimiyyətdə olan qrup ölkəni uçuruma aparır. Siz deyirsiniz ki, gələcək var, amma bu gələcək güzəştlərdir. Biz deyirik ki, güzəştlə gələcək yoxdur, sülh pərdəsi altında ölkəni yeni güzəştlərə aparmağa çalışırsınız. Siz sülh dövrünü deyil, cəhənnəm, xaos və yeni itkilər dövrünü açırsınız. Siz isə bütün bunları “keçmişlə indiki” arasında mübarizə kimi təqdim etməyə çalışırsınız”.

Erməni müxalifətçi hakimiyyəti ittiham edərək bildirib ki, “keçmiş və indiki” məsələsi yoxdur:

“Siz “Gələcək var” şüarı ilə hakimiyyətə gəlmisiniz, amma keçmişdə qaldınız. Prosesləri, hadisələri təhrif etməyi dayandırın, məsuliyyət payınızı dərk edin, ölkəni yeni güzəştlərə aparıb hər şeyi köhnə hakimiyyətin üzərinə qoymaq mandatınız yoxdur!

Əgər əvvəlkilərlə sizin aranızda heç bir fərq yoxdursa, niyə xalqı aldadıb hakimiyyətə gəldiniz? Artsaxı itirməyimiz üçün? Bəsdir, ağlınızı başınıza yığın, seçdiyiniz yol ölkəmizin ölüm yoludur!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.