Ukraynada nasist axtaran Rusiya və onun sülhməramlıları Qarabağdakı faşistləri görmürlərsə... - FAKT BUDUR!

23-03-2022, 10:43           
Ukraynada nasist axtaran Rusiya və onun sülhməramlıları Qarabağdakı faşistləri görmürlərsə... - FAKT BUDUR!
Martın 22-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.

Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Bu bir əvvəl olsaydı, deyərdim ki, əla. 16 ay əvvəl yerinə yetilməsi olan Rusiya və Ermənistan öhdəliklərini bu gün müzakirə ediriksə, bu çox gecdir. Rusiya Qarabağda ləngimək üçün prosesləri uzatmaqla məşğul olduğu şübhəsizdir.

Bu mövzuda müzakirələr acı bağırsaq kimi uzanır, amma Qarabağda rusların fəaliyyətində müsbət dəyişiklik hiss etmirik. Nə mülki əhalimizin qayıtmasından, nə erməni silahlılarının çıxarılmasından, nə də terrorçuların həbs edilib Azərbaycana verilməsindən bəhs edən yoxdur. 16 aydır rus sülhməramlıları vəzifəsini tam həcmdə icra etmir. Müzakirələri artıq yekunlaşdırmaq və əməli işə keçmək vaxtıdır.

Rusiya sülhməramlıları Qarabağdakı faşistləri kor olub görmürlərsə, erməni silahlılarını ərazidən çıxara bilmirlərsə, intensiv olaraq Laçın dəhlizində problemlər yaradırlarsa, o zaman birdəfəlik rədd olub kənara çəkilsinlər. Onsuz da Rusiyanın Ukraynada döyüşməyə hərbi qüvvəyə və texnikaya ehtiyacı böyükdür. Tez ya gec gedəcəklər, elə indidən getsinlər. Qarabağdakı problemləri, o cümlədənerməni silahlıları torpaqlarımızdan çıxarılmasını Əsgərimiz 1 həftə ərzində və çox səliqəli şəkildə həll edəcəyinə əminəm. Ermənilərdən kim cinayət törədibsə Qobustanda həbsxanasında, kim cinayət törətməyibsə Azərbaycan pasportu ilə qaz və elektriklə təmin olunmuş həyataına davam edəcək.

Ədalət Verdiyev, hərbi ekspert //moderator.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.